SON XƏBƏRLƏR

Güneyli fəal həbsxanadan məzuniyyətə buraxılmır

2023.07.18, 15:05
Güneyli fəal həbsxanadan məzuniyyətə buraxılmır

Əsgər Fərəcinin 14 aydır həbsdə olmasına baxmayaraq məzuniyyətə buraxılmaq barədə müraciətlərinə cavab verilmir.

Gunaz.tv

Şiddətli bel ağrılarından əziyyət çəkən Fərəci ailəsinin çoxsaylı ziyarətlərinə və müalicə üçün tibb mərkəzlərinə göndərilməsi xahişinə baxmayaraq, hələ də məzuniyyətdən məhrumdur.

Milli fəal Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsi tərəfindən “ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq”, “qanunsuz və hökumətə qarşı olan GAMAC-a üzv olmaq”, “kitab nəşr edib yaymaqla hökumətə qarşı təbliğat aparmaq” və “ictimai rəyi çaşdırmaq üçün sosial mediada yalan məlumatlar yaymaq”da ittiham olunan Fərəci 17 il 4 ay həbs və 2 il sürgün cəzası məhkum edilib.

İlkin məhkəmənin hökmünə etiraz etdikdən sonra onun işinə yenidən baxılıb və cəzası 5 ilə endirilib.

Qeyd edək ki, Əsgər Fərəci bundan öncə azərbaycanlıların ermənilər tərəfindən soyqırımına və Qarabağın işğalına qarşı aksiya təşkil etdiyinə, Azərbaycana dəstək şüarları yazılmış plakat və afişalar çap etdiyinə görə həbs olunmuşdu. 

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar