SON XƏBƏRLƏR

Təhsil naziri müəllim və tələbələri təhdid etdi

2023.07.19, 13:06
Təhsil naziri müəllim və tələbələri təhdid etdi

İranın təhsil naziri Rza Murad Səhrayi narazı müəllim və tələbələrin universitetlərdə qalmasına icazə verilməyəcəyini deyib.

Gunaz.tv

Bu barədə "İqtisad onlyn" qəzeti məlumat yayıb.

"Son etiraz aksiyalarında bir sıra müəllim və tələbələr iştirak ediblər.

Onlar rəhbərin əfv fərmanından yararlanaraq azadlığa buraxılsalar da, bizim tərəfimizdən universitetdən qovulmuş hesab edilirlər. Qaydalara qarşı çıxanların təhsil ocaqlarında qalmasına icazə verilməyəcək",- təhsil naziri bildirib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb, onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar