SON XƏBƏRLƏR

"Millət oyan, amandı"-Təbriz küçələrində posterlər yayıldı

2023.07.22, 11:24
"Millət oyan, amandı"-Təbriz küçələrində posterlər yayıldı

İyulun 21-də bir qrup mədəni fəal Təbrizdə ictimai yerlərdə Urmu gölü mövzusunda çap edilmış yüzlərlə poster yayıblar.

Gunaz.tv

Posterlərdə Urmu gölü fotosunun üzərində "Millət oyan, amandı", "İran Azərbaycan sərvətlərini udan bir çöllükdür, nə özü abadlaşır və nə də Azərbaycanı abad edir", "#Urmu_gölü_can_verir" məzmunlu sözlər yazılıb.

Qeyd edək ki, Güney Azərbaycanda baş verməkdə olan ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmu gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə "#Urmu_Araz_Üçün_Birlik" həştəgi altında kampaniyaya start verilib.

Onlar sosial mediadakı paylaşımlarında Urmu gölünün artıq məhv olmaq üzrə olduğunu yazıb, hakimiyyətin gölün bərpası barədə vədlərinin azərbaycanlıları aldatmağa hesablandığını vurğulayıblar.

Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar