SON XƏBƏRLƏR

Ərdəbildə müəllimlər etiraz aksiyası keçirib

2023.07.25, 16:33
Ərdəbildə müəllimlər etiraz aksiyası keçirib

İyulun 25-də Güney Azərbaycanın Ərdəbil şəhərində etiraz aksiyası keçirilib.

Gunaz.tv

Təqaüdə çıxmış müəllimlər növbəti dəfə etiraz aksiyası keçirərək qanunla nəzərdə tutulmuş hüquqlarının təmin edilməsini və təqaüd haqlarının artırılmasını tələb ediblər.

Etirazçılar hökumətin onları aldatdıqlarını və problemlərin həlli ilə bağlı verilən vədlərin yerinə yetirilmədiyini deyiblər.

Qeyd edək ki, İbrahim Rəisi prezident seçildikdən bu günə kimi təqaüdçülər də məişət problemlərinin çoxalmasına və ödənişlərin azlığına etiraz olaraq davamlı aksiyalar keçirirlər.

Rəisi hökumətinin problemin həlli ilə bağlı verdiyi vədlərin heç birinin yerinə yetirilmədiyini vurğulayan etirazçılar, yaxın vaxtlarda daha geniş və davamlı aksiyalara başlayacaqlarını bəyan ediblər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar