SON XƏBƏRLƏR

“İranın dondurulmuş aktivlərinin azad olunmasına dair rəsmi məlumat yoxdur” - Kamran Sultanizadə

2023.07.28, 15:10
“İranın dondurulmuş aktivlərinin azad olunmasına dair rəsmi məlumat yoxdur” - Kamran Sultanizadə

Yüksək rəsmilər “İranın Cənubi Koreya və İraqda dondurulmuş valyutalarının azad olunduğunu iddia edirlər, lakin bunun sübutu kimi cəmiyyətdə yaxşılığa doğru dəyişikliklər müşahidə olunmur.” bunu İranın Valyuta Mübadilçiləri Mərkəzinin baş katibi Kamran Sultanizadə deyib.

Gunaz.tv

"Yüksək rəsmilər İranın Cənubi Koreya və İraqda dondurulmuş valyutalarının azad olunduğunu iddia edirlər, lakin bunun sübutu kimi cəmiyyətdə yaxşılığa doğru dəyişikliklər müşahidə olunmur”. Bunu İranın Valyuta Mübadilçiləri Mərkəzinin baş katibi Kamran Sultanizadə deyib.

Kamran Sultanizadə İran rəsmilərinin iddiasını təkzib edib: “Bu iddialar müddətində rəsmi olaraq İranın hər hansı valyutasının azad olunduğunu görməmişəm. Lakin rəsmilər Cənubi Koreya və İraqda dondurulmuş valyutaların azad olunduğunu hələ bir çox ciddi irəli sürürlər.

Hər hansı valyuta azad olunubsa bu barədə ölkənin rəsmi sistemi bildirməli və Məkəzi Bank da azad olunmuş məbləğlərin dəqiq miqdarını açıqlamalıdır. 

Lakin bu iddialar ancaq qeyri-rəsmi və təsdiqlənməyən xəbərlər kimi bildirilir. Adətən hər hanası məbləğ azad olunursa dərhal ölkənin valyuta mübadilələri tsiklinə keçirilməli və valyuta bazarında hiss oluna biləcək təsir buraxmalıdır, lakin belə deyil.

Ölkə rəsmilərinin bu iddiaları müddətində dolların enib 47 min tümən olduğu müşahidə olunmayıb, 48 min 300 tümən olub.

Valyuta məzənnəsində cüzi eniş isə valyutaların azad olunduğuna görə deyil Mərkəzi Bankın müdaxiləsinə görədir. Mərkəzi Bank dolların sərbəst bazarda məzənnəsinin yuxarı olduğu ilə razılaşmır.

Lakin bazara müdaxiləsi bununla razılaşdığını sübut edir. Valyuta barədə diqqətə layiq bir yaxşılaşma yoxdur, olsaydı mübadilə sistemində valyutanın artdığını görərdik.”-deyə Sultanizadə vurğulayıb. 

 Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar