SON XƏBƏRLƏR

Əfqanların İrandan qovulması sürətləndi

2023.08.02, 15:39
Əfqanların İrandan qovulması sürətləndi

İran hökuməti ilə Taliban arasında münasibətlərin yenidən gərginləşməsindən sonra İranda qaçqın həyatı yaşayan əfqanistanlıların qovulması halları artıb.

Gunaz.tv

İranın Xorasan Rəzəvi əyalətinin sərhəd mühafizəsi komandiri Məcid Şüca mediaya verdiyi açıqlamada son 6 gün ərzində 7563 Əfqanistan vətəndaşını ölkədən çıxarıldığını deyib.

Bu, son bir neçə ay ərzində İran parlamentinin nümayəndələrinin Taliban hökumətinin Hirmənd çayından İranın su payını vermədiyini iddia edərək sözügedən mühacirlərin məskunlaşması və onlara xidmət göstərilməsi prosesində sərt qaydalar tətbiq edilməsini tələb etmələrindən sonraya təsadüf edir.

Xüsusilə son vaxtlar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub. 

Bir müddət əvvəl İran-Əfqanistan sərhəddində 11 yeniyetmə əfqanistanlı öldürülüb, ötən 11 ay ərzində isə İranda öldürülən 470 əfqanistanlının meyiti vətənlərinə göndərilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar