SON XƏBƏRLƏR

İranda 8 min 500 toyuq istidən tələf olub

2023.08.03, 16:10
İranda 8 min 500 toyuq istidən tələf olub

İranın Rəzəvi Xorasan Əyalətinin Qonabad şəhərində yerləşən toyuqçuluq obyektində 8 min 500 ədəd ətlik toyuq kəskin istidən tələf olub. Bunu Qonabad rayonu Baytarlıq Şəbəkəsinin sədri doktor Məhəmmədrza Müttəqi bildirib.

Gunaz.tv

“Baytarlıq idarəsinin mütəxəssisləri hadisə yerinə gedərək, 40 günlük toyuqların tələf olma səbəbini araşdırıblar. Müəyyən edilib ki, obyektin elektrik sistemində texniki nasazlıq baş verdiyindən elektrik qəfil kəsilib. Nəticədə obyektin havalandırma sistemi dayanıb, telperatur kəskin dərəcədə artıb ”-deyə doktor Müttəqi açıqlayıb.

Qeyd edək ki, 40-45 günlük cücələr satış üçün münasib sayılan çəkidə olurlar. 

 

Taymaz 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar