SON XƏBƏRLƏR

Ceyhun Bayramov Lui Bononu qəbul edib

2023.08.03, 16:56
Ceyhun Bayramov Lui Bononu qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Gunaz.tv

Görüş zamanı Azərbaycan-Ermənistan arasında sülh prosesi, danışıqların gedişatı və perspektiləri,  bölgədəki  vəziyyət müzakirə olunub.  Ceyhun Bayramov  Ermənistanın öz öhdəliklərinə zidd olaraq, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmamasını, ölkəmizin  ərazi bütövlüyünə və suverenliyinə qarşı iddiaları davam etdirməsini, kommunikasiyaların açılmasına əngəl törətməsini diqqətə çatdırıb. Bütün bunların  bölgədə sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb.

 

Günaz TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar