SON XƏBƏRLƏR

Həmədanda əxlaq polisinə etiraz edən qadınlar həbs edildi

2023.08.05, 15:39
Həmədanda əxlaq polisinə etiraz edən qadınlar həbs edildi

Avqustun 4-də Həmədan şəhərində əxlaq polisi ilə məcburi hicab qaydalarına tabe olmayan gənc qadınlar arasında qarşıdurma olub.

Gunaz.tv

Bu barədə Həmədan Prokurorluğunun 11-ci bölməsinin müstəntiqi Məhəmməd Cəfəri açıqlama verib.

Yerli şahidlərin sosial mediada paylaşdığı məlumatlara görə, qarşıdurma əxlaq polislərinin gənc qadınları geyim tərzlərinə görə təhqir etməsindən sonra baş verib.

Həmədanlı qadınlar polislərin iradlarının yersiz olduğunu deyib və şəxsi həyatlarına müdaxiıəyə etiraz etdikləri üçün polislər onlara qarşı güc tətbiq etməklə həbs etməyə çalışıblar.

Bu, qadınların və ətrafdakıların müqaviməti ilə qarşılaşdığı üçün hadisə yerinə əlavə qüvvələr çağırılıb və qadınlarla birgə bir neçə nəfər saxlanılılıb.

Müstəntiqi Məhəmməd Cəfəri həbs edilənlərə qarşı cinayət işinin açıldığını və başqa hadisə iştirakçılarının saxlanılması üçün axtarışlar aparıldığını bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar