SON XƏBƏRLƏR

İranda hicaba görə daha iki iş yeri bağlandı

2023.08.12, 10:36
İranda hicaba görə daha iki iş yeri bağlandı

İranda məcburi hicab qaydalarına görə iş yerləri, parklar və ictimai məkanlarda sərt cəza tədbirlərinin tətbiqi davam edir.

Gunaz.tv

 İranın Məşhəd və Tehran şəhərlərində daha iki iş yeri məcburi hicab qaydalarını pozanlara xidmət göstərdiyinə görə bağlanıb.

Bu barədə məlumat verən İran İnsan Haqları Müşahidə Qrupu Məşhəddə məşhur Epizod restoranı və Tehranda Didavər kitabxanasının fəaliyyətinin qadağan edildiyini bildirib.

Qeyd edək ki, son aylar İranda məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən 2 mindən çox iş yerinin fəaliyyəti də dayandırılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar