SON XƏBƏRLƏR

İranda Parlament seçkilərinə namizədliyini verənlərin sayı açıqlandı

2023.08.12, 10:49
İranda Parlament seçkilərinə namizədliyini verənlərin sayı açıqlandı

İranda qarşıdakı parlament seçkilərinə namizədliyini verənlərin sayı açıqlanıb.

Gunaz.tv

Bu barədə İran Seçki Qərargahının başçısı Möhsün İslami açıqlama verib.

Onun sözlərinə görə, avqustun 11-ə kimi 24370 nəfər namizədliyini irəli sürüb.

İran hökuməti vətəndaşları seçkilərə cəlb etmək səylərinə baxmayaraq, bir sıra qurumlar, o cümlədən islahatçı cərəyana bağlı partiyalar seçkiləri boykota çağırıb.

Keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı, İran Karquzarlar Partiyasının rəhbərlərindən olan Faizə Haşimi siyasi partiyaları parlament seçkilərinə qatılmamağa dəvət edib.

İran hökuməti isə əks cavab tədbirləri görərək, seçkilərə qatılmayan və  boykot edən partiyaların fəaliyyət icazələrinin ləğv ediləcəyini bildirib.

Qeyd edək ki, İran parlamentinin on ikinci dövrünün seçkiləri  2024-cü ilin martın 1-də  keçiriləcək.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar