SON XƏBƏRLƏR

Marağada məhkum edam edildi

2023.08.19, 15:49
Marağada məhkum edam edildi

Şərqi Azərbaycan əyalətinin Marağa şəhərinin həbsxanasında məhkum edam edilib.

Gunaz.tv

Bu barədə məlumat verən insan haqları təşkilatları edam edilən şəxsin Şəbistər şəhərindən olan  42 yaşlı Hüseyn Cavadi olduğunu bildiriblər.

Onun adam öldürmək ittihamına görə edam cəzasına məhkum olunduğu qeyd edilib.

Qeyd edək ki, iyul ayı ərzində İran həbsxanalarında 4-ü qadın və 4-ü Əfqanistan vətəndaşı olmaqla,  61 nəfər edam edilib.

Cari ilin 7 ayı ərzində isə İranda ümumilikdə 423 nəfər edam olunub.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar