SON XƏBƏRLƏR

İranda öldürülmüş etirazçıların ailələrinə basqı davam edir

2023.08.21, 11:35
İranda öldürülmüş etirazçıların ailələrinə basqı davam edir

Beynəlxalq Əfv Təşkilatı avqustun 20-i bəyanatında İran hakimiyyətinin “ölkədə rejimə qarşı etirazlarda qanunsuz öldürülmüş etirazçıların ailələrinə basqılara son qoyulması” tələb olunub.

Gunaz.tv

Həmçinin İran hakimiyyətindən “etirazlarda öldürülmüş ailələrin özbaşına saxlanılmalarına, həbs olunmaları, şalalq vurulma və icbari etiraflar alınmalarına” son qoyulması və “insan haqlarına” riayət olunması istənilib.

Həbelə İran hakimiyyətinin rəsmilərinin “Qadın, Yaşam, Azadlıq” qiyamının ilk ildönümündə həmin ailələri susdurmaq üçün "bəd niyyətli" hərəkətlərə keçdiyi bildirilib.

“öldürülmüş fəalların qəbirlərinin bitum səpilməsi ilə yandırılması, boyaq səpilməsi və qəbir daşlarının dağıdılması ilə onların ailələri incidilir və basqı olunur.”-deyə bəyanatda vurğulanıb. 

Beynəlxalq Əfv Təşkilatı bəyanatın sonunda bu cinayətlərin beynəlxalq qurumlar tərəfindən məhkum olunaraq buna yol vermiş İran rəsmilərinin cavabdeh edilməsi məqsədi ilə saxlanılmalarına hökm çixarılmasını istəyib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar