SON XƏBƏRLƏR

Xorasanda neft emalı zavodunda partlayış- Ölənlər var

2023.08.25, 07:30
Xorasanda neft emalı zavodunda partlayış- Ölənlər var

İranın Xorasan-Rəzəvi əyalətinin Sərəxs şəhərində neft emalı zavodunda partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Gunaz.tv

Bu barədə İRNA xəbər agentliyi "Şahid Haşeminejad" Qaz Emalı Şirkətinin ictimaiyyətlə əlaqələr bölməsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə sexdə təmir işləri aparılan zaman qaz sızması nəticəsində baş verib.

Partlayış nəticəsində yaralananlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar