SON XƏBƏRLƏR

Qaradağda daşqınlar həyatı iflic etdi

2023.08.30, 11:29
Qaradağda daşqınlar həyatı iflic etdi

Avqustun 29-u gecə saatlarında Şərqi Azərbaycanın Əhər, Kəleybər və Vərziğan şəhərləri və ətraf kəndlərində güclü yağışların səbəb olduğu sel fəsadlar törədib.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmmədbaqir Bahünər məlumat verib.

Onun sözlərinə görə, daşqın nəticəsində insan tələfatı qeydə alınmayıb, ancaq 5 nəfər yaralandığına görə  xəstəxanaya köçürülüb.

Bildirilib ki, Əhər şəhərinin tarixi bazarı, yollar və yüzlərlə ev su altında qalıb, nəqliyyatın hərəkəti tamamilə dayanıb, çox sayda avtomobil yararsız vəziyyətə düşüb.

Ətraf kəndlərdə də yolların dağıldığı, yüzlərlə kənd evinin ziyan gördüyü, altı kəndin ətraf aləmdən tamamilə təcrid olunduğu bildirilib.

Bahünərin sözlərinə görə, kənd təsərrüfatı sahəsinə dəyən ziyanın həcminin müəyyənləşdirilməsi üçün işlər aparılır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar