SON XƏBƏRLƏR

Qaradağda selin dağıtdığı kəndlərin sayı açıqlandı

2023.08.31, 13:59
Qaradağda selin dağıtdığı kəndlərin sayı açıqlandı

Avqustun 29-dən 30-a keçən gecə Şərqi Azərbaycan əyalətinin Qaradağ mahalında sel daşqınları 61 kəndə ziyan vurub.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycanın Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmməd Baqir Qalibaf açıqlama verib.

Onun sözlərinə görə, Əhərdə 30, Vərziğanda 20 və Xudafərində 11 kəndə ziyan dəyib.

Təbii fəlakət nəticəsində 40 nəfər yaralanıb, yüzlərlə kənd evi yararsız vəziyyətə düşüb, əkin və bağ sahələri məhv olub.

Çox sayda kəndin yol və körpüsü dağıldığı üçün ətraf mühitdən təcrid olunublar, qaz və elektrik xətləri sıradan çıxıb.

Timur
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar