SON XƏBƏRLƏR

Nazila Mərufiyana yenidən həbs cəzası verildi

2023.09.04, 14:04
Nazila Mərufiyana yenidən həbs cəzası verildi

Tehranın Ümumi və İnqilab Məhkəməsi bu il ərzində dördüncü dəfə həbs olunan jurnalist və ictimai fəal Nazila Mərufianı 1 il həbs və 15 milyon tümən cəriməyə məhkum edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, o "hakimiyyətə qarşı təbliğat"da günahlandırılıb.

Nazila Mərufian Qərçək həbsxanasından müvəqqəti sərbəst buraxıldıqdan bir neçə gün sonra təhlükəsizlik məmurları onu yenidən saxlayıblar və Evin həbsxanasına köçürülüb.

O, həbs olunduğu zaman ağır döyülüb,  qol, qıç və baş nahiyəsindən zədələr alıb.
 
Qeyd edək ki, 2022-ci ildə İranda meydana gələn ümumi etirazlar zamanı azı 95, o cümlədən 24 qadın jurnalist həbs edilib.

Beynəlxalq təşkilatların hesabatlarına görə, İran media azadlığı sahəsində 180 ölkə arasında 177-ci yerdədir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar