SON XƏBƏRLƏR

İranın önəmli təşkilatı və rəsmi qəzetinə kiber həmlə olunub

2023.09.06, 11:28
İranın önəmli təşkilatı və rəsmi qəzetinə kiber həmlə olunub

İranın İslami Təbliğat Təşkilatı və “Həmşəhri” rəsmi dövlət qəzetinin vebsaytlarına kiber həmlə olunub.

Gunaz.tv

“Ədalət Əli” Qrupu bu barədə “X” sosial şəbəkəsində olan hesabında xəbər yayıb. Həmlənin isə “DDos” növündən olduğunu və nəticədə saytlara girişin pozulduğunu bildirib.

Həmin vebsaytlarda pozuntu sentyabrın 5-i Tehran vaxtı ilə saat 15:30-dan başlayıb, 90 dəqiqə davam edib.

“Ədalət Əli” Qrupu kiber həmlənin “qurupun dostları” tərəfindən olunduğunu açıqlayıb.

Qeyd edək ki, “DDos” həmləsinə “distributer xidmətinin qarşısını almaq” da deyilir və ən primitiv kiber həmlələr sırasındadır.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar