SON XƏBƏRLƏR

Gürcüstanda torpaq sürüşməsi bölgəsindən 11 nəfər xilas edilib

2023.09.08, 14:05
Gürcüstanda torpaq sürüşməsi bölgəsindən 11 nəfər xilas edilib

Güclü yağışlar Gürcüstanın Quriya və Acarıstan regionlarında torpaq sürüşməsinə səbəb olub. Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb

Gunaz.tv

Bildirilib ki, qurumun bölmələri fəlakət bölgəsinə səfərbər edilibr.  Sürüşmə nəticəsində itkin düşən insanların axtarışları davam etdirilir. 

11 nəfər xilas edilərək təhlükəsiz bölgəyə köçürülüb. Xilas edilənlərdən 7-si uşaqdır.

Daha 2 nəfərin axtarışları davam edir. 

Məlumata görə, hazırda 200 xilasedici fəlakət bölgəsinə cəlb edilib.

Gürcüstan DİN-in tabeliyindəki Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəhbəri Temur Mğebrişvilinin və qurumun digər rəhbərlərinin də bölgəyə yola düşdüyü qeyd olunub.
Xilasedicilərin Supsi çayından bir xarici ölkə vətəndaşını xilas etdiyi də bildirilir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar