SON XƏBƏRLƏR

İranda 3 məhkum edam edildi

2023.09.09, 12:20
İranda 3 məhkum edam edildi

Sentyabrın 8-də Şiraz və Qum şəhərlərində biri qadın olmaqla iki məhbusun edam hökmü icra olunub.

Gunaz.tv

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, hər iki məhkum adam öldürməkdə günahlandırılıblar.

Bununla yanaşı Təbrizin mərkəzi həbsxanasında saxlanılan Səid adlı 34 yaşlı məhkum da eyni ittihamla dar ağacından asılaraq edam edilib.

İnsan haqları təşkilatlarının son hesabatına əsasən, iyul ayının 23-dən avqustun 23-ə kimi İranda 69 nəfərin, il ərzində isə 423 nəfərin edam hökmü həyata keçirilib.

Qeyd edək ki, beynəlxalq təşkilatların hesabatına görə, İran adambaşına düşən vətəndaşların edamına və edam nisbətinə görə dünyada birinci yerdədir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar