SON XƏBƏRLƏR

Otuz il əvvəl şəhid olan hərbçinin cənazəsi Füzuliyə gətirildi

2023.09.11, 15:55
Otuz il əvvəl şəhid olan hərbçinin cənazəsi Füzuliyə gətirildi

Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Əli Hüseynovun meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonuna gətirilib. Şəhidlə vida mərasimi keçirilib.

Gunaz.tv

Qeyd edək ki, Hüseynov Əli Heydər oğlu 1968-ci ilin avqustun 13-də Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində anadan olub.

1991-ci ilin axırından başlayaraq könüllü olaraq ordu sıralarına yazılıb. Füzuli, Xocavənd ərazisində gedən döyüşlərdə iştirak edib.

1993-cü ilin avqustun 6-da Füzuli rayonunun Govşaltı kəndinin azadlığı uğrunda gedən döyüşlərdə itkin düşüb.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb.

Ekspertiza nəticəsinə meyit qalıqlarından birinin Əli Hüseynova məsus olduğu təsdiqlənib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar