SON XƏBƏRLƏR

Ukrayna Sevastopolu qanadlı raketlərlə vurub

2023.09.13, 10:23
Ukrayna Sevastopolu qanadlı raketlərlə vurub

Ukrayna Silahlı Qüvvələri Sevastopol şəhərini qanalı raketlərdən atəşə tutub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Gunaz.tv

Zərbələr Orconikidze adına Gəmi Təmiri Zavoduna endirilib.

Rusiyanın Qara Dəniz Donanmasının iki pilotsuz gəmisi də hücuma məruz qalıb.

Hava hücumundan müdafiə sistemləri yeddi qanadlı raketin vurulduğunu açıqlayıb.

Sevastopol şəhərinin meri Mixayıl Razbojayev bildirib ki, 2 nəfər ölüb, 24 nəfərsə xəsarət alıb.

Ölən və yaralananların Orconikidze adına Gəmi Təmiri Zavodunun işçiləri olduğu bildirilir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar