SON XƏBƏRLƏR

İranda depressiya cari ildə artıb

2023.09.18, 11:46
İranda depressiya cari ildə artıb

İranda nəşr olunan qəzetin hesabatına əsasən, ölkədə ötən ildən başlanmış azadlıq hərəkatı ilə əlqəli olaraq sarsıntı (depressiya) 1 il ərzində artıb.

Gunaz.tv

Bu mental pozuntu xüsusilə  qadınlar və gənclər sırasında daha çoxdur. Psixiatriya mütəxəssisləri və aptek rəsmilərinin bildirdiyinə görə,  5 resepdən birində sarsıntıya, stresə qarşı və yuxladıcı dərmalar yazılır.  
 

Qeyd edək ki, iranlı ruhi sağlamlıq və sosiologiya üzrə mütəxəssislər İran cəmiyyətinin bu barədə durumunun ağır olduğu barədə dəfələrlə xəbrdarlıq ediblər.

Cəmiyyət üzvlərini sarsıntıya salan çoxlu amillər sırasında beynəxlalq səviyyədə tanınmış insan haqları, o cümlədən söz azadlığı, sərbəst toplaşma, geyim, insanlar arası doğal əlaqələr və sair haqların pozulmasıdır.

Hakimiyyət tərədinfən bu təməl azadlıqlara ölkədə icazə verilməməsi, habelə dünya gedişatına zidd siyasətin yürüdülməsi nəticəsində ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətə düşməsi cəmiyyəti depressiyaya gətirib çıxarır. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar