SON XƏBƏRLƏR

İran Ermənistanla sərhədimizə “qüvvə” göndərmək istəyir

2023.10.04, 13:59
İran Ermənistanla sərhədimizə “qüvvə” göndərmək istəyir

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqiri ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.

Gunaz.tv

Bagiri bölgədə gərginliyin davam etməsinin Ermənistan və Azərbaycanla yanaşı regionun digər ölkələrinin də maraqlarına zidd olduğunu deyib.

Tehranın Azərbaycan və Ermənistan arasında problemlərin həllinə kömək etməkdə maraqlı olduğunu deyən Baqiri iki ölkənin sərhədlərinə nəzarətçilər göndərməyə hazır olduqlarını bildirib.

“Heç bir ölkənin müdafiə gücünün və hərbi potensialının artırılması təcavüzkar məqsəd və niyyətlərlə müşayiət olunmamalıdır. Regiondan kənarda yeni aktorların olması mürəkkəbliyi və gərginliyi artırır”, - iranlı general deyib. (Axar.az)

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar