SON XƏBƏRLƏR

Abbas Lisaninin sürgün cəzasının müddəti uzadıldı

2023.10.05, 12:03
Abbas Lisaninin sürgün cəzasının müddəti uzadıldı

Güneyli milli fəal və keçmiş siyasi məhbus Abbas Lisaninin iki illik sürgün müddəti 2 il 8 aya qədər uzadılıb.

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin Apeliyasiya Məhkəməsi qərar verib.

Onun sürgün müddətinin artırılmasına səbəb kimi Lisaninin cəzasını çəkməli olduğu Yəzd şəhərində qanunsuz olaraq geri qayıtması və məhkəmə hökmünə tabe olmaması göstərilib.

Qeyd edək ki, fevralın 21-də Ərdəbildə həbsxanasında 50 ay həbs çəkdikdən sonra Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani "məcburi sürgün hökmünə tabe olmayacağam" bəyanatı yayıb və fevralın 23-də Ərdəbilə geri dönüb.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar