"Fransa Prezidenti Emmanuel Makronun oktyabrın 5-də Avropa Siyasi İcmasının Qranada görüşü çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik". Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin E.Makronun Qranadada mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.