SON XƏBƏRLƏR

“İsrailə həmlə arxasında İranın olduğu barədə hələ sübutlar yoxdur”

2023.10.10, 13:27
“İsrailə həmlə  arxasında İranın olduğu barədə hələ sübutlar yoxdur”

Nyuzmaks Mediya xəbər portalı ABŞ dövlət katibi Entoni Bilinkenin İran və HƏMAS ilgiləri barədə sözlərini lağa qoyaraq karikaturasını nəşr edib.

Gunaz.tv

Nyuzmaks Amerikanın dövlət rəsmisinin HƏMAS-ın İsrailə genişmiqyaslı həmləsi və cinayətlərində “İranın birbaşa rolu olmadığı” barədə sözlərini lağa qoyaraq karikaturasını nəşr edib.

Xatırladaq ki,  Həmas və Hizbullahın yüksək vəzifəli üzvləri İsrailə həmlədə İranın köməkilik etdiyini deyiblər.

Həmçinin, Val Strit Jurnalın (The Wall Street Journal)  tədqiqatına əsasən SEPAH zabitlərinin iştirakı ilə Beyrutda dəfələrlə iclas keçirilib.

İclasda İranın dəstəklədiyi Həmas, Hizbullah, Fələstinin Azadlığı Xalq Cəbhəsi və Fələstinin İslami Cihad təşkilatının təmsilçiləri iştirak ediblər. Daha effektiv olması üçün onların İsrailə həmlə planına SEPAH-ın zabitləri tərəfindən düzəlişlər olunub.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar