SON XƏBƏRLƏR

Rişi Sunak İsrail Prezidenti ilə görüşüb

2023.10.19, 13:45
Rişi Sunak İsrail Prezidenti ilə görüşüb

Böyük Britaniya Baş naziri Rişi Sunak İsrail Prezidenti İsxak Hersoqla görüşüb.

Gunaz.tv

İsrail mətbuatı xəbər verir ki, Prezident Hersoq və Baş nazir Sunak arasında görüş Yerusəlimdə (Qüds) prezident iqamətgahında baş tutub.

Sunak İsrail baş naziri Benyamin Netanyahu ilə də görüşəcək.

Böyük Britaniya hökumət başçısı "X" hesabında HAMAS tərəfindən girov götürülən şəxslərin ailə üzvləri ilə də görüşdüyü barədə məlumat yayıb.

“Tərəfdaşlarımızla işləyərək, biz HAMAS terrorçuları tərəfindən saxlanılan girovların azad edilməsini təmin etməkdə qətiyyətliyik”, - o vurğulayıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar