SON XƏBƏRLƏR

Qarabağ erməniləri ilə qırmızı beretlilər arasında toqquşma olub

2023.10.20, 15:29
Qarabağ erməniləri ilə qırmızı beretlilər arasında toqquşma olub

Qarabağ erməniləri səhər saatlarından başlayaraq İrəvanda etiraz aksiyası keçirirlər.

Gunaz.tv

Onlar keçmiş qondarma rejimin nümayəndəliyi kimi fəaliyyət göstərmiş binaya soxularaq eks-xunta rəhbəri Samvel Şahramanyanı bir sıra məsələlərdə ittiham edirlər.

Yerli media qırmızı beretlilərlə etirazçılar arasında toqquşmaların olduğunu yazıb. Yayılan görüntülərdə polis xüsusi təyinatlılarının narazı kütləyə güc tətbiq etməsi aşkar görünür.


Xatırladaq ki, separatçıların keçmiş nümayəndəliyinin qarşısına toplaşanlar Şahramanyanın oktyabrın 19-da imzaladığı "fərman"a etiraz ediblər.

Bu sənədə əsasən, qondarma rejimin "prezident", "dövlət naziri", "nazirlər" və bir sıra yüksək rütbəli "məmurlar"ı istisna olmaqla, demək olar ki, bütün "dövlət qurumları"nın işçilərinə əməkhaqqı verilməsi dayandırılır.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar