SON XƏBƏRLƏR

Ağdamda tərk edilmiş mövqelərdən silah-sursat tapılıb

2023.10.24, 12:58
Ağdamda tərk edilmiş mövqelərdən silah-sursat tapılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdəki tərk edilmiş mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.

Gunaz.tv

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı  məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Çullu kəndi ərazisində axtarış tədbirləri həyata keçirib.

Nəticədə, 2 minaatan qurğusu, 7 pulemyot, 4 avtomat, xeyli sayda müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar