SON XƏBƏRLƏR

Qulamrza Amaninin anım günüdür

2023.10.25, 11:46
Qulamrza Amaninin anım günüdür

25 oktyabr 2008-ci ildə Təbriz-Əhər yolunda şübhəli avtomobil qəzasında həyatını itirən tanınmış milli fəal Qulamraza Amaninin anım günüdür.

Gunaz.tv

1973-cü ildə Şərqi Azərbaycanın Qaradağ mahalında anadan olan Q.Amani Təbriz Universitetin Kənd Təsərrüfatı fakultəsini bitirib.

Tələbəlik illərindən siyasi hərəkata qoşulan Amani Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) qurucularından və rəhbərlərindən olub.

O, siyasi və dinc mədəni fəaliyyətlərinə görə 5 il həbsdə qalıb.

2008-ci il oktyabrın 25-də Qulamrza Amani iki qardaşı ilə bərabər, Əhərdən Təbrizə gedərkən İran İnqilabı Keşikçiləri Korpusuna məxsus yük maşını onların avtomobilini vurub.

Polis və təcili tibbi yardım maşınlarının orada olmasına baxmayaraq, ağır yaralanan Amani 4 saat yarım hadisə yerində saxlanılıb., xəstəxanaya aparılmayıb.

 Təbrizdə xəstəxanaya aparılandan sonra təhlükəsizlik məmurları əməliyyat otağına girib, bir neçə dəqiqədən sonra onun öldüyünü bildiriblər.

Amaninin yaxınları və onu tanıyanlar, hadisə şahidləri avtomobil qəzasının öncədən planlaşdırıldığını, Qulamrza Amaninin hökumət tərəfindən öldürüldüyünü deyirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar