SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayı açıqlandı

2023.10.26, 16:00
Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayı açıqlandı

Şərqi Azərbaycan əyalətində yol qəzalarında ölənlərin statistikası açıqlanıb.

Gunaz.tv

Bu barədə  əyalətin Tibbi Ekspertiza Mərkəzinin başçısı  Mehrdad Sitarə mediaya verdiyi açıqlamada son 7 ay ərzində Şərqi Azərbaycan yollarında baş verən qəzalar zamanı 584 nəfər həyatını itirib.

O, ötən ilin eyni dövrü ilə müqayisədə yol qəzaları qurbanlarının sayının 8 % artdığını deyib.

İran Yol Polisi Komandanlığının verdiyi məlumata görə isə son bir ildə İran yollarında baş verən yol qəzalarında 19 237 nəfər həyatını itirib. Bu isə hər günə 53 nəfərin qəzada ölməsi deməkdir. 

Bununla yanaşı, eyni müddətdə yol qəzaları nəticəsində günə 1000 nəfər olmaqla, ümumilikdə 369279 nəfər yaralanıb.

Qeyd edək ki, normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

Baş verən qəzalarda milli avtomobillərin bir neçə parçaya bölünməsi, avtomobilin özü-özünə alışaraq yanması bir sıra rəsmiləri də buna etiraz etməyə məcbur edib.

İranda milli avtomobillərə xalq arasında "ölüm arabaları" adı verilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar