SON XƏBƏRLƏR

İran İngiltərədə təxribata hazırlaşır

2023.10.28, 10:49
İran İngiltərədə təxribata hazırlaşır

"Tayms" qəzetinin yazdığına görə, İran hökumətinə bağlı qüvvələr Briyanıyada təxribat törətməyi planlaşdırırlar.

Gunaz.tv

Qəzetin yaydığı məlumatda bildirilib ki,  Tehran hökumətinin məmurları və onlara bağlı qruplar Britaniyada Qəzzaya dəstək aksiyasında qarşıdurma və təxribat yaratmağa hazırlaşlrlar.

Britaniyanın terrorla mübarizə rəsmiləri bu ölkədə düşmənçilik hərəkətlərinin artacağı barədə xəbərdarlıq edib və bunun birbaşa İranla əlaqəli olduğunu deyiblər.

"İran rejimi İsrailin Qəzzaya hücumlarına qarşı İngiltərədə öz məmurlarını nümayişlərə göndərməklə yanaşı, bununla bağlı yalan məlumat yaymaq üçün internet kampaniyasına başlayıb",- "Tayms" qəzeti yazıb.

Qeyd edək ki, iki gün əvvəl İnqilabı Keşikçiləri Korpusunun komandır müavini Məhəmmədrza Nəqdi ABŞ və İngiltərəyə qarşı terror əməliyyatlarına çağırıb.

O, adı çəkilən iki ölkəyə qarşı terror əməliyyatları keçirənləri alqışlayıb.

"Müsəlman xalqlar müqavimət cəbhəsinə dəstək vermək istəyirlərsə, dünyanın hər yerində Amerika və İngiltərənin və onları dəstəkləyənlərin mövqelərinə zərbə vurmalıdırlar",- komandir müavini deyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar