SON XƏBƏRLƏR

Fransa Prezidenti Qazaxıstanda rəsmi səfərdədir

2023.11.01, 10:21
Fransa Prezidenti Qazaxıstanda rəsmi səfərdədir

Fransa Prezidenti Emmanuel Makron noyabrın 1-də Qazaxıstana rəsmi səfər edib.

Gunaz.tv

 “Primeminister.kz”  xəbər verir ki, onu Astana beynəlxalq hava limanında Qazaxıstanın Baş naziri Alixan Smailov qarşılayıb.

Məlumata görə, tərəflər arasında qısa söhbət zamanı Alixan Smailov bildirib ki, bu səfər Astana ilə Paris arasında strateji əməkdaşlığın inkişafına təkan verəcək.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Emmanuel Makron iqtisadi-ticarətə, sərmayə qoyuluşuna və energetika sahələrində əməkdaşlığın gücləndirilməsinə, habelə beynəlxalq və regional hadisələrə dair məsələləri müzakirə edəcəklər.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar