SON XƏBƏRLƏR

Narkomaniyadan müalicə düşərgəsində yanğın

2023.11.03, 11:00
Narkomaniyadan müalicə düşərgəsində yanğın

İranın Gilan Əyaləti Ləngrud rayonu Narkomaniyadan Müalicə Düşərgəsində yanğın baş veri.

Gunaz.tv

“Yanğın bu gün səhər saat 05:55-də baş verib. 

Hadisədə 27 nəfər ölüb, 18 nəfər isə xəsarət alıb. 5 nəfər itkin düşüb. Bu barədə araşdırma aparılır.”-deyə Respublikanın Təcili Tibbi Yardım Təşkilatının Ümumi Əlaqələr müdiri Babək Yektapərəst bildirib.

Məlumata əsasən,  12  xəsarət almış narkoman xəstəxanaya çatdırılıb. Yanğından video üçün tıklayın: Ləngrud rayonu Narkomaniyadan Müalicə Düşərgəsində yanğın

Qeyd edək ki, İranda narkomaniyadan müalicə düşərgələrinin müalicə tərzi, durumu və xidmət səviyyəsi daima tənqid olunub. 

İranın ISNA rəsmi xəbər agentliyi ötən ilərdə Şirazın Narkomaniyadan Müalicə Düşərgəsindən sosial şəbəkələrdə video paylaşıb.

Videoda “su hovuzunda boğulmamaq üçün bir neçə nakomanın çabalaması, digər tərəfdə isə bir narkomanın işçilər tərəfindən döyülməsi nalələri” göstərilib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar