SON XƏBƏRLƏR

28 May istiqlalı: Cümhuriyyətin qurucuları Azərbaycan küllərindən var etdilər

2021.10.20, 07:36
28 May istiqlalı: Cümhuriyyətin qurucuları Azərbaycan küllərindən var etdilər

Gunaz.tv
"İstiqlal fikri, milli ruh ölməz, öldürülməz" Məmməd Əmin Rəsulzadə 90 il əvvəlin 28 mayında Azərbaycan öz küllərindən yenidən doğdu. Və 23 ay yox yerdən var olan bir dövlətdə, bir ölkədə "daşlar"ın yerinə oturması üçün az, olduqca az bir müddət idi. Ancaq yoxdan Azərbaycan YARADANLAR bunu bacardılar, gələcək istiqbalımız üçün çox işlərə imza atdılar. I Cümhuriyyətin vur-tut 700 günlük ömründə ONLARIN baneyi-karı olduqları nəhəng işlərin miqyası göstərir ki, bu ALİ ZAT-lar nələrə qadir imiş. Bolşevik işğalı olmasaydı və 70 ildən artıq bir müddətdə, Məmməd Əmin demişkən, "milli müqəddəsatımız kirli ayaqlar altında çeynənməsə" idi, ONLAR Azərbaycan üçün gör, nələri edə bilərmişlər!.. Bayram günü "səhvlər" və süqutdan danışmaq heç də nəcib iş deyil. Gerçək olan milli davanın - MYQƏDDƏS CİDALın (ifadə M.Ə.Rəsulzadənindir - Q.H.) müstəqil Azərbaycanın TƏMƏLini qoyması və "milli ruhun ölməz, öldürülməz" olmasındadır. Hərbi-siyasi və sosial-iqtisadi kataklizmlər məngənəsində sıxılan, saymaqla qurtarmayan obyektiv və subyektiv çətinliklərlə üzləşən gənc respublikanın rəhbərliyinin yox yerdən dövlət qurması və atributlarını müəyyənləşdirməsi, Vətənə AD verməsi, parlament yaradıb dar macalda onlarla qanunlar qəbul etməsi, diplomatiyası, elmə diqqət ayırıb universitet yaratması, söz və mətbuat özgürlüyü, cəmiyyət həyatını, iqtisadiyyatı normallaşdırmaq istiqamətində qazandığı uğurlar elə səhvlərlə birgə Azərbaycan tarixinin ən parlaq, şanlı, unudulmaz günləridir. Məhz bu suveren 700 gün Azərbaycanın qürubuna imkan vermədi- 73 il sonrakı tülu (günəşin doğması) üçün zəmin oldu, bir dəfə qalxan bayraq, bir daha yüksəldi... Yazıda gurultulu, pafoslu cümlələrdən istifadə etdiyimə görə oxuculardan üzr istəyirəm. Ancaq cümhuriyyətin qurucuları hər cür tərifə şəyan, tərənnümə layiqdirlər. Çünki onlar BÖYYK, ÇOX BÖYYK şəxsiyyətlər idilər. Bu millət üçün elə nəhəng işlər gördülər ki, nə ondan əvvəl, nə də ondan sonra bu İŞİN tariximizdə çətin ki, anoloqunu tapmaq mümkün olsun. Və bu yazıda məqsədimiz Cümhuriyyətin 90 illiyində onun qurucularının ruhu qarşısından BAŞ ƏYMƏKDƏN ibarətdir. Zira o nəhəng şəxsiyyətlərə layiqli qiymətimiz, izzəti-ehtiramımızı üstündən 90 il keçəndən sonra hələ də meydan da yoxdur, cümhuriyyət qurucularının abidələri Bakının, bölgələrimizin park və meydanlarını hələ də bəzəmir. Əslində, Azərbaycan Cümhuriyyəti 1928-ci ilin 28 mayından çox-çox əvvəl şüurlarda, beyinlərdə bərqərar olmuşdu. Zira suverenlik şüurdan başlayır və yalnız sonra məişətdə, siyasətdə var olur. Milli qurtuluşun konsepsiyası, azadlıq və suverenliyin fəlsəfəsi və idelogiyası fikirlərdə hazırlanmışdı, Məmməd Əmin Rəsulzadə və dövrün digər millət ataları isə ideyanı sonuca vardırdılar - istiqlalı TƏSBİT etdilər. "Azərbaycan xalqı 28 May Bəyannaməsi ilə bir milliyyət olaraq əsrlərdən bəri təəzzüf edilən (barəsində danışılan) və sənələrdən bəri genişlənərək nəhayət, siyasi şüur və milli ehtiyac halına gələn DAVASINI (seçdirmə bizimdir- Q.H.) təsbit ilə mədəni millətlər ailəsi içində bir millət olaraq yaşamaq əzmində olduğunu bütün cahana elan etdi", - deyə sonralar, Cümhuriyyətin 11-ci ildönümü ilə bağlı böyük Məmməd Əmin yazırdı. Məmməd Əmin Rəsulzadə 28 Mayı "müasir Azərbaycan cəmiyyətinin dahi Mirzə Fətəli ilə başlayan milli tərəqqi və mədəni inkişafı"nın və dövrün "milli istiqlal məfkurəsinin" nəticəsi kimi xarakterizə edir. Doğrudan da, 100-150 il əvvəl tale millətin öndə gələnlərinin, fikir sahiblərinin üzərinə BÖYYK MİLLİ YYK qoymuşdu. Bəlkə də izafi dərəcədə pafoslu səslənəcək, ancaq bu bir gerçəklikdir ki, onlar itirilmiş Azərbaycanı "tapmalı" idilər: Vətən çoxdan ikiyə parçalanmışdı, yarısı Arazın bu tayında, yarısı o tayında idi, parçalanmış bu taylılar millətin də, Vətənin də adını az qala yaddan çıxarmışdılar - onlar sadəcə hansısa quberniyalarda çarın təbəələri idilər. Və bu qarışıq zamanda millətin fikir sahibləri canki göylərdən millətin taleyinə çarə qılmaq üçün gəlmiş "ağ atlılar" oldular. Gəldilər ki, ikiyə bölünərək itirilmiş VƏTƏNİ tapsınlar, millətə yiyə dursunlar. Əvvəlcə bir-bir gəldilər - Abbasqulu Ağa Bakıxanov gəldi, sonra Böyük Mirzə - Fətəli Axundov gəldi. Daha sonra Həsən bəy Məlikzadə Zərdabi gəldi. Və 19-cu əsrin sonlarında çoxaldılar, istiqbalımız üçün gün kimi doğdular. Və axtara-axtara, "millət davası" döyə-döyə gələcək Azərbaycan naminə çox şeylərin əsasını qoydular, Mirzə Fətəli demişkən, "baneyi-kar" oldular - milli mətbuatın əsasını qoydular, teatr yaratdılar, opera yazdılar... Həsən bəy Məlikzadə Zərdabi, Əsgər Ağa Adıgözəlov Gorani, Nəcəf bəy Vəzirov, Məhəmməd Ağa Şaxtaxtinski, Mirzə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Sultan Məcid Qənizadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əli Mərdan bəy Topçubaşov, Yzeyir bəy Hacıbəyov, Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski... kimi BÖYYKLƏRİMİZ Azərbaycanı əvvəlcə fikirlərdə yaratdılar. 19-cu əsrin sonlarından ta 1-ci Cümhuriyyətin süqutuna kimi onlar milli mədəniyyətə, incəsənətə, ictimai-siyasi fikrə intibah dövrünü yaşatdılar. Həmin dövrdə onlarla qəzet və жurnallar nəşr edildi, mətbuat nəhəng publisistlərin, milli ideoloqların döyüş meydanına çevrildi, ədəbiyyatımızın qızıl dövrü başladı, professional opera sənəti yarandı, rəngkarlıq inkişaf etdi, milli səhnə indi də unudulmayan sənətkarlarını yetişdirdi. Türklük şüurunun aşılanması ilə, türk dilinin, xüsusən ədəbi dilinin inkişaf etdirilməsi problemlərini daim diqqət mərkəzində tutmaqla, xalqın öz kökünə, şanlı ənənələrinə arxalanmaq çağırışları ilə, millətin geridə qalması səbəblərinin araşdırılması ilə, müasir elm və mədəniyyətin təbliği ilə millətin ataları (onlar həm də böyük yazarlar idilər) bir tərəfdən oxucularda milli mənlik şüuru formalaşdırır, digər tərəfdən ƏSAS MİLLİ SUAL üçün zəmin hazırlayırdılar. Və bu zəmində yaranan milli siyasi fikir birbaşa olaraq ortalığa "Hanı Azərbaycan" sualını atdı. Mirzə Cəlil "Molla Nəsrəddin"də "Bəs sən haradasan, ay biçarə vətən?!",- deyə hayqırdı. Və bu suala cavab verənlər daha sonra Azərbaycan Demokratik Cümhuriyyətinin böyük ictimai və dövlət xadimlərinə çevrildilər... "Azərbaycan ideyası"nın daşıyıcıları yalnız fikir sahibləri, ideoloqlar, milli mücadiləçilər deyildi, Milli YYKü o dönəmlərdə formalaşmaqda olan milli burжuaziya da çiyinlərində daşıyırdı. Onlar sadəcə "neft xudaları" deyildilər, siyasi həyatda, milli qurtuluş yolunda önəmli çəkiyə malik iştirakçılar idilər. Milli burжuaziyanın böyük xeyriyyəçi və millətsevər Hacı Zeynalabdin Tağıyev kimi irəlidə gedənləri təbiri-caizsə, milli mücadilənin "sponsorları" idilər. Milli fikir sahiblərinin, mütərəqqi düşüncəli ziyalıların fəallığında, siyasi səhnəyə çıxışında milli kapitalın maliyyə dəstəyinin rolu danılmaz idi. Doğrudan da, o dövrün Azərbaycan burжuaziyası sözün gerçək mənasında MİLLİ idi, "millət ataları" adını doğruldurdular. Onlar sadəcə sosial (xeyriyyəçilik) və mədəni layihələrə sponsorluq edən mesenatlar və ya filantroplar deyildilər. Milli burжuaziyanın H.Z.Tağıyev kimi təmsilçiləri ümummilli siyasi layihələrə maliyyə dəstəyi verməklə yanaşı, onun iştirakçısına çevrilirdilər. Məsələn, çar hökuməti I Dövlət Dumasına ilk dəfə seçkilər elan etdikdə, bir sıra xalqlar kimi Qafqaz xalqları da nümayəndəlikdən məhrum edilmişdilər. O zaman millət atası H.Z.Tağıyevin təşəbbüsü ilə 11 nəfərdən ibarət heyət təşkil edilərək imperator II Nikolayın yanına xahişə göndərilmişdi. Danışıqlar nəticəsində Qafqaz müsəlmanları üçün Dumada deputat yerləri ayrılır. Ystəlik, nümayəndə heyəti Peterburqdan Bakıda türk dilində qəzet çıxarmaq üçün icazə də alır. Söhbət Azərbaycan ictimai-siyasi fikrində iz buraxan "Həyat" qəzetindən gedir. Və qəzeti təşkil etmək dörd nəfərə - H.Z.Tağıyevə, Ə.M.Tobçubaşova, Ə.Ağayevə və Ə.Hüseynzadəyə həvalə olunur. Hacı Zeynalabdin qəzeti maddi cəhətdən təmin edir, Əlimərdan bəy onun müdiri, Əhməd bəy və Əli bəy isə baş mühərrirləri təyin edilirlər. Lakin iş elə gətirir ki, sonralar qəzetin redaktorluğu əsasən Ə.Hüseynzadənin öhdəsinə düşür. Bu, Azərbaycanın nəhəng şəxsiyyətlərinin milli layihələrdə bir araya gəlməsinin yüzlərlə nümunəsindən biridir... Sonda aktual olan bir məsələni də vurğulamaq istəyirəm. Cümhuriyyətin qurucuları adi bir dövlət qurmadılar, yalnız istiqlalı və cümhuriyyəti təsbit etməklə yetərlənmədilər, onlar əsil özgürlük və hürriyyət carçıları idilər:Şərqdə ilk dəfə demokratik, parlamentli bir ölkə yaratdılar. Yəni əvvəllər hansısa padşahın, xanın, daha sonra çarın TƏBƏƏSİ olan Azərbaycan türkü o vaxtdan VƏTƏNİ olan VƏTƏNDAŞ oldu. Yeri gəlmişkən, bu günlərdə bir bədəməl İran alimi "Sepah"a yaxın bir saytda iddia etmişdi ki, azərbaycanlılar bir vaxtlar İranın "vətəndaşlar"ı olub. Doğrudan da, tarix daha çox dövlətlərin salnaməsi olduğundan orada həqiqət axtarmağa dəyməz. Zira hər xalqın öz həqiqəti var. İddianın yekəxanalığını qoyaq bir tərəfə. Baba, 1979-cu ildə İslam Respublikasına çevrilən İranda (30-cu illərədək Fars şahlığı, Persiya) nə vaxt demokratiya oldu ki, biz də onun "vətəndaşı" olduq. Padşahın mülkü, səltənəti olur, orada yaşayanlarsa təbəədən başqa bir şey deyillər. Fəthlərlə mülk böyüyür, məğlubiyyətlərləsə kiçilir və ya itirilir. Vətəndaşlıq institutu dünyaya Böyük Fransa İnqilabının töhfəsidir. Müsəlman Şərqindəsə məhz ilk dəfə Azərbaycan Cümhuriyyətinin qurucuları təbəəni vətəndaşa çevirdilər... Q.HƏMİDOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar