Mərkəzi əyalətin Savə şəhərində yaşayan ələvi təriqətinə mənsub Kərəm Abbası dekabrın 1-də təhlükəsizlik məmurları tərəfindən döyülərək həbs edilib.
Güneyli insan haqları fəallarının verdiyi məlumata görə, noyabrın 30-da da, onun qardaşları Əmin və Suruş Abbası də "Yarsan Mədəni Fəalları Məşvərət Məclisi"nin başqa 5 üzvü ilə birgə saxlanılıblar.
Həbs edilənlərin ittihamı və hara aparıldıqları barədə məlumat verilməyib.
Timur