Təbrizdə ağır iş qəzası: Ölən və yaralananlar var

18.11.2021, 13:33

Noyabrın 18-i günorta saatlarında Təbrizdə iş qəzası baş verib. Bu barədə Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

Məlumata görə, iş qəzası nəticəsində 1 işçi ölüb, 3 nəfər ağır yaralanıb.

Təbrizin Vəliəsr məhəlləsinin İrdək küçəsində işçilərin tikinti liftindən yıxılması nəticəsində bir nəfər yerindəcə ölüb, üç nəfər isə ağır bədən xəsarətləri ilə şəhərin İmam Rza xəstəxanasına çatdırılıb.

Məlumatda xəstəxanaya çatdırılan işçilərin durumunun ağır olduğu qeyd olunub.

Bundan öncə oktyabrın 18-də Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin başçısı  Əli Səfayifərd cari günəş ilinin ilk yarısında əyalətdə 49 nəfərin iş yerində baş verən hadisələr zamanı öldüyünü deyib.

Onun sözlərinə görə, bu müddət ərzində 21-i qadın olmaqla 722 nəfərin iş yerlərində xəsarət alması ilə bağlı Tibbi Ekspertiza Mərkəzinə məlumat verilib. 

Qeyd edək ki, iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu avadanlıqlarla təmin olunmaması ölüm hallarının artmasına səbəb olur. 

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının rəsmi statistikada göstərilənlərdən bir neçə dəfə çox olduğunu bildirirlər.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

6 milli fəal müvəqqəti azad edilib

2022-12-04

gun az article

"Bütöv Azərbaycan olacaq"-Əhməd Obalı

2022-12-04

gun az article

Həbsdə olan güneyli ailə barədə məlumat verilmir

2022-12-04

gun az article

Maidə Qaragöz və Məhəmməd Cavidi müvəqqəti azadlığa buraxılıb

2022-12-04

gun az article

Azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadənin edam hökmü təsdiq edilib

2022-12-04

gun az article

Azərbaycanlı tələbə hərəkatı fəalı Alma Abdullazadə qeyri-müəyyən vəziyyətdə saxlanılır

2022-12-04

gun az article

Zəncanlı idmançı Elnaz Rikabinin ailəsinə təzyiq göstərilir

2022-12-03

gun az article

Təbrizli media fəalına təzyiq göstərilir

2022-12-03

gun az article

Güneyli  xanım fəalın taleyindən xəbər yoxdur

2022-12-03

gun az article

Öldürülən güneyli gənc Cavad Heydərinin qardaşlarına həbsxanada təzyiq göstərilir

2022-12-03

gun az article

“Körpü”də müzakirə: “Azərbaycan və hüdudları” və “İrandakı son durum və Azərbaycan” - VİDEO 

2022-12-03

gun az article

Anadili hərəkatı məhbusu Əlirza Fərşi barəsindəki məhkəmə hökmləri birləşdirilib

2022-12-03

gun az article

Milli fəal Cavad Əhmədi Yekanlı müvəqqəti azadlığa buraxılıb

2022-12-03

gun az article

"Güney Azərbaycanda dövlət qurmalıyıq"-Əhməd Obalı-VİDEO

2022-12-02

gun az article

Savə şəhərində azərbaycanlı ələvi həbs edilib

2022-12-02

gun az article

Güney Azərbaycanın tanınmış şairi Məftun Əmini dünyasını dəyişib

2022-12-02

gun az article

Zənganlı milli fəal Fərşid Mühaciriyə həbs cəzası verildi

2022-12-02

gun az article

Urmulu milli fəal Meysəm Şirini müvəqqəti azadlığa buraxılıb

2022-12-02

gun az article

“Sözümüz”: “Kürd basqısına məruz qalan Kərkük” - VİDEO

2022-12-02

gun az article

Güney azərbaycanlılar Vaşinqtonda aksiya keçirəcək

2022-12-02