SON XƏBƏRLƏR

Bu ölkə hərəkətə keçdi: Uyğur türkləri ilə bağlı araşdırma

2021.10.20, 07:36
Bu ölkə hərəkətə keçdi: Uyğur türkləri ilə bağlı araşdırma

Gunaz.tv

GünAz Tv: Malayziya hökuməti Çinin Sincan bölgəsində uyğur türklərinə tətbiq olunan təzyiq siyasəti ilə bağlı araşdırma aparacaq.

 

Axar.az xəbər verir ki, bu barədə Malayziya Xarici İşlər naziri Seyfəddin Abdullah deyib.

 

O bildirib ki, bölgədə uyğur türklərinə zülm edilməsi iddialarını araşdırmaq üçün hökumət Beynəlxalq İslami Düşüncə və Mədəniyyət İnstitutuna tapşırıq verib:

“Malayziya bu məsələdə nə Çin hökumətindən gələn hesabatları kor-koranə təsdiqləyəcək, nə də açıq şəkildə Çini tənqid edəcək. Biz orada yaşananlarla bağlı iddiaların gerçək olmasından əmin olmaq istəyirik”. axar.az

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar