SON XƏBƏRLƏR

Dünya sürətlə silahlanır

2021.10.20, 07:36
Dünya sürətlə silahlanır

Gunaz.tv
Dünya sürətlə silahlanır Ötən il dünya silahlanma və hərbi xərclərdə növbəti sıçrayış edərək hərbi məqsədlərə $1,339 milyard sərf edib. Bu məbləğin 45%-i ABŞ-ın payına düşür. 1988-2007-ci illərdə hərbi və müdafiə xərcləri baxımından dünya liderliyi Şərqi Avropa ölkələrinə məxsusdur. Lokomotiv rolunu isə Rusiya oynayıb. Son beş ildə regionun bütün hərbi xərclərinin 86%-i və ya $35,4 milyardı Moskvanın payına düşüb. Stokholm Sülh Problemləri İnstitutunun (İnternational Peace Research İnstitute, SİPRİ) açıqladığı son hesabatda bildirilir ki, qlobal miqyasda hərbi xərclərin tam yarısı "sülhməramlı missiya" daşımasından dəm vuran ABŞ-a məxsusdur. Birləşmiş Ştatların hərbi xərcləri "soyuq müharibə" dönəmlərindən də çoxdur. Əsas səbəb isə Əfqanıstan və İraqdakı hərbi əməliyyatlardır ki, bunun nəticəsində Vaşinqton hərbi xərcləri 2001-ci illə müqayisədə 59% artaraq $1,34 trilyona çatıb. Xatırladaq ki, 2006-cı ildə bu rəqəm $547 milyard idi. İlk beşlikdə üçüncü yerdəki Çinin hərbi xərcləri $58,5 milyard, dördüncü pillədəki Fransada isə $56 olub. SİPRİ bildirir ki, hazırda Rusiyanın 5189, ABŞ-ın isə 4075 nüvə döyüş başlığı var. 1998-ci ildən bəri qlobal miqyasda hərbi xərclər 45% çoxalıb. Ən sürətlə silahlanan region yenə də Şərqi Avropadır: burada artım 162% təşkil edib. Ymumiyyətlə isə bu ilin əvəlində dünyadakı nüvə bombaları potensialı 25 min nüvə döyüş başlığına çatıb ki, onların 10 mini tez nəql üçün yararlıdır. Hərbi xərclər reytinqində ikinci yeri Böyük Britaniya və Fransa tutub. "Dumanlı Albion"un yaraqə-əsləhəyə xərclədiyi pulun məbləği $59,7 milyard olub. Bütün dünyada hərbi xərclərin artımı təxminən bərabər səviyyədə olub. Cənubi və Şimali Amerika ölkələri 2007-ci ildə müdafiəyə $640 milyard xərcləyiblər ki, bu da 10 il əvvəlki dövrlə müqayisədə 63% artım deməkdir. Yaxın Şərqdə bu rəqəm $91,5 (62% artım), Asiyada - $219 milyard (52%), Afrikada $18,5 milyard (təxminən 1,5 dəfə çox) olub. Yalnız Avropada hərbi xərclər 16% çoxalaraq $370 milyard təşkil edib. Silah satışında lider mövqe ABŞ-a məxsusdur. Rusiya ikinci yeri tutur. Qlobal silah satışında bu ölkələr müvafiq olaraq 31% və 25%-lik paya malikdir. Dünyada ən böyük 100 silah və hərbi texnika satıcısı olan şirkətlərdən 41-i ABŞ-a məxsusdur ki, onların da payı 63%-dir. Avropanın 34 şirkəti 29%, Rusiyanın 8 şirkəti isə 2%-lik paya malikdir. Xaricdən ən çox silah və hərbi texnika alan ölkələr Hindistanla Çindir. Sonrakı yerləri Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan və Cənubi Koreya tutur. SİPRİ birgə layihələrdə hərbi komponentlərin istehsalını nəzərə almadığından dünyanın ən böyük silah satıcılarının ilk beşliyində Böyük Britaniya yer almayıb. Artıq satılmış hərbi texnika və silahların modernizasiyası da hesablanmadığından güclü hərbi-sənaye kompleksinə malik İsrail də ilk beşlikdə deyil. SİPRİ-nin hesbatında bildirilir ki, ötən il dünyada 14 iri silahlı münaqişə olub. Türkiyə, Əfqanıstan, Şri-Lanka və Myanma bu əməliyyatları daha da gücləndirib. Ötən il dünyada adambaşına düşən hərbi xərclər $202 dollar olub. İPRİ-nin hesabatında qeyd olunur ki, ötən il dünyanın ən böyük silah və hərbi texnika idxalatçıları Çin və Hindistan, sonrakı yerlərdə isə Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan və Cənubi Koreya gəlir. H.Bakuvi express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar