SON XƏBƏRLƏR

"İraq təhlükəsizlik qüvvələri arasında İranın təsiri artır"-Pentaqon

2022.02.16, 05:17
"İraq təhlükəsizlik qüvvələri arasında İranın təsiri artır"-Pentaqon

Gunaz.tv

Məlumata görə, ötən ilin son üç ayında İraq və Suriyada ABŞ qüvvələrinə qarşı hücumların sayı artıb.

"İraq Ali İslam İnqilabı Məclisinin hərbi qolu olan Bədr Korpusunun keçmiş zabitləri İraq Müdafiə Nazirliyinin tərkibinə qatıldıqdan sonra rütbələrini qoruyur və siyasi əlaqələri sayəsində sürətlə irəliləyirlər”-deyə, bəyanatda qeyd olunub.

Pentaqonun məlumatına görə, İraq Federal Polisi və onun əməliyyat qrupları, habelə İraq ordusunun 5-ci və 8-ci diviziyaları İranın İraq ordusunda ən mühüm təsir mərkəzləridir və Bu qüvvələr müxtəlif üsullarla İraq hökumətinə sadiq hərbi birləşmələri təhdid edir.

Amerikanın Müdafiə Nazirliyinin hesabatında İran hökumətinə bağlı qrupların pilotsuz hücum təyyarələrinə malik olduqları vurğulanaraq, onların İraq və Suriyadakı ABŞ vətəndaşları, qoşunları və hökumət personalı üçün ciddi təhlükə doğurduqları qeyd olunub.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar