İki güney azərbaycanlı idmançı Asiya Oyunlarında qızıl medal qazanıb

22.08.2018, 11:52

GünAz TV: Güney Azərbaycanlı güləşçi Pərviz Hadi İndoneziya paytaxtı Cakartada keçirilən 2018-ci il Asiya Oyunlarında sərbəst güləş üzrə qızıl medal qazanıb.


125 kq çəki dərəcəsində güləşən Pərviz Hadi finalda Çin təmsilçisi ilə qarşılaşaraq onu 7:0 hesabı ilə məğlub edib.


Pərviz Hadi 2014-cü ildə Cənubi Koreyada keçirilən Asiya Oyunlarında da qızıl medala layiq görülmüşdü.

 

Pərviz Hadi


Güney azərbaycanlı ağır çəkili Səid Rəcəbi də taekovando idmanı üzrə üçüncü günün sonunda 80 kq çəki dərəcəsində finalda qalib gələrək qızıl medala layiq görülüb.


Ağır çəkili taekovandoçu finalda özbəkistanlı rəqibi Dmitri Şukini iki-bir hesabı ilə məğlub edərək Asiya çempionu olub.

 

Səid Rəcəbi


18-ci Asiya Oyunları 18 avqustdan İndoneziyanın Cakarta və Palembanq şəhərlərində başlanıb və 2 sentyabra qədər davam edəcək. Bu oyunlarda 45 Asiya ölkəsindən 11 mindən çox idmançı iştirak edir.


Pərviz Hadi Şərqi Azərbaycan Əyalətinin Basmınc, Səid Rəcəbi isə Miyana şəhərindəndir. İdmançılar digər azərbaycanlı idmançılar kimi doğma vətənləri Güney Azərbaycanın bugünkü siyasi statusundan dolayı İran komandasını təmsil edirlər. Şübhəsiz ki, müstəqil Güney Azərbaycan komamndasında çıxış etmək azərbaycanlı idmançıların böyük əksəriyyətinin ürək arzusudur.


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Düşünməyə çağırış”: “Güney Azərbaycanda təbiətə zərər vuran sənaye”-VİDEO

2022-08-15

gun az article

“Azadlıq səsi”ndə müzakirə: “İranın Azərbaycana qarşı terror təhdidi”-VİDEO

2022-08-15

gun az article

Mədəni fəal Əkbər Nəiminin işinə yenidən baxılacaq

2022-08-15

gun az article

Qərbi Azərbaycanda silah-sursat aşkarlanıb

2022-08-14

gun az article

Savalan dağında kürdlərlə türklər arasında qarşıdurma olub-VİDEO

2022-08-14

gun az article

İranın təhlükəsizlik məmurları azərbaycanlı bəhai ailənin evinə basqın edib

2022-08-14

gun az article

Abbas Lisaninin məzuniyyət müddəti uzadılıb

2022-08-14

gun az article

Xudafərində su çatışmazlığı və infrastruktur problemləri həll olunmur

2022-08-13

gun az article

Zəncanda “Dənizsiz Şəhər” türk poeziya toplusu işıq üzü görüb

2022-08-13

gun az article

Marağanın cümə imamı Azərbaycana qarşı ittihamlar səsləndirib

2022-08-13

gun az article

Qəzvinli jurnalist həbs cəzasına məhkum edilib

2022-08-13

gun az article

“Körpü”də müzakirə: “İranın Azərbaycanla bitməyən düşmənçiliyi”-VİDEO

2022-08-13

gun az article

“Sözümüz” proqramında müzakirə: “İranda məhərrəmlikdən sui istifadəçilik” -VİDEO

2022-08-13

gun az article

Savə zindanında iki məhkum edam edilib-Onlardan biri azərbaycanlıdır

2022-08-13

gun az article

Urmu gölü ilə bağlı aksiya keçirilib

2022-08-12

gun az article

Qərbi Azərbaycanda serum tapılmır

2022-08-12

gun az article

İranda daha 3 məhkum edam edilib

2022-08-12

gun az article

İran yığmasının güneyli boksçusu məşq zamanı həyatını itirib

2022-08-12

gun az article

Marağada gənclər arasında işsizlik artıb

2022-08-12

gun az article

Həmədanda kütləvi zəhərlənmə

2022-08-12