Əkbər Nəimi "Mən nə öz Ana dilim uğrunda fəaliyyətimdən peşmanam, nə də Azərbaycana olan sevgimdə zərrə qədər tərəddüd etmirəm",-deyə, mədəni fəal dekabrın 5-də Tehranın İnqilab Məhkəməsində bildirib.
Məhkəmədəki çıxışında öz Ana dilini müdafiə edən milli fəal, vətəninə (Azərbaycan) sevgisini ifadə edərək, müdafiəsini məhkəməyə təqdim edib.
Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə həbs edilib. Məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.
O, "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq"da ittiham olunub.
Timur