SON XƏBƏRLƏR

İranın Şiraz şəhərində daha 2 məhkum dar ağacından asılıb

2021.10.20, 07:36
İranın Şiraz şəhərində daha 2 məhkum dar ağacından asılıb

Gunaz.tv

GünazTV: İranda qətldə və cinsi təcavüzdə günahlandırılan daha 2 məhkum edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, üç il əvvəl birlikdə törətdikləri qətl və cinsi təcavüz cinayətinə görə həbs edilərək barələrində ölüm hökmü çıxarılan məhkumlar Hadi Mahi və Sadıq Əkbərpur, fevralın 12-si sübh saatlarında Şirazın Adilabad zindanında dara çəkiliblər.

 

 Edam edilən şəxslərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar