SON XƏBƏRLƏR

Blinken: “İranla nüvə sazişinin bərpası hazırda danışıqlar masasında deyil”

2023.01.18, 09:58
Blinken: “İranla nüvə sazişinin bərpası hazırda danışıqlar masasında deyil”

Gunaz.tv

“İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına gəlincə, iranlılar bu razılaşmaya tez bir zamanda qayıtmaq fürsətini bir neçə ay əvvəl öldürdülər.

Danışıqlar masasında onların rədd etdiyi bir fürsət var idi, bu fürsəti bütün iştirakçı tərəflər - avropalılar, ABŞ, Rusiya və Çin alqışlayırdı.

Beləliklə, nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı bir neçə aydır praktiki məsələ kimi gündəmdə deyil” - deyə, o bildirib.

ABŞ rəsmisi bildirib ki, Vaşinqton İranda baş verənləri və Tehranın xarici siyasətini diqqətlə izləyir:

“Biz diqqətimizi İranda baş verənlərə, əsas diqqəti isə İranın Ukraynada istifadə üçün Rusiyaya silah tədarükü ilə bağlı hərəkətlərinə yönəldirik. Və təbii ki, biz onun Yaxın Şərq regionunda sabitliyi pozan digər fəaliyyətlərinə diqqət yetiririk”. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar