SON XƏBƏRLƏR

"Vaşinqtonda həbs edilən iki iranlı rejimin terror qrupunun üzvüdür"-Amerika mediası

2022.04.13, 09:36
"Vaşinqtonda həbs edilən iki iranlı rejimin terror qrupunun üzvüdür"-Amerika mediası

Gunaz.tv

Onların Amerika rəsmilərinə, o cümlədən Con Boltona qarşı sui-qəsd həyata keçirməyi planlaşdırdıqları bildirilir.

Qeyd olunur ki,  hər iki şəxsin barəsində geniş istintaq işləri aparılır. Məlumata görə, onlardan biri Əli Heydər son illər iki dəfə İrana gedib qayıdıb.

“Saxlanılan iki nəfər Amerikanın hüquq-mühafizə, kəşfiyyat orqanlarına sızmaq və onları təhlükə altına almaq üçün silah, elektronik avadanlıqlar və nağd pulla təmin edildikləri güclü qaynağa malik olublar”-deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, bir neçə gün öncə Vaşinqtonda özlərini Amerika Daxili Təhlükəsizlik Departamentinin əməkdaşı kimi təqdim edən Arin Tahirzadə və Əli Heydər adlı iki casus həbs olunub.

40 və 36 yaşlı iranlıların özlərini məmur kimi qələmə verərək Amerika Təhlükəsizlik Xidmətinin əməkdaşları, ölkənin birinci xanımının mühafizəçiləri ilə əlaqə qurmağa çalışmaqda, onlara bahalı hədiyyələr verməkdə ittiham olunurlar. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar