Əhməd Obalı İran şovinist bir rejimin hakimiyyətdə olduğunu deyib: “100 ildir İranda dövlət farsçılıq üstündə qurulub.
Adı şahlıq və ya islam cümhuriyyəti olsun, dövlət farsçılıq üzərində qurulub. Farsçılığın da əsas düşməni türklərdir. İkinci düşməni ərəblərdir. İslam peyğəmbərini də sevmirlər”.
Günaz.TV-nin rəhbəri deyib ki, Güney Azərbaycan türkləri öz hüquqlarını özləri almalıdır: “Bizə heç bir hüquq verilməyəcək. Vəd verilə bilər, amma hüquq yox. Ona görə də dövlət qurmalıyıq”.
Ayxan