SON XƏBƏRLƏR

Güneyli fəallara qarşı təzyiqlər davam edir

2023.01.18, 13:35
Güneyli fəallara qarşı təzyiqlər davam edir

Gunaz.tv

Hüseyn Xudayi, Hüseyn Məhəmmədiyan və Əkbər Əbülzadənin yaxınları ilə görüş və telefon əlaqələrinə imkan verilmədiyi bildirilir.

Onların yaxınlarının verdiyi məlumata görə, etiraz aksiyalarında iştirak etmədikləri halda onlara qarşı saxta ittihamlar əsasında iş açılıb.

Qeyd edək ki, azərbaycanlı vəkil Sina Yusifinin bir müddət öncə verdiyi məlumata görə, İranda etiraz aksiyalarının başlanmasından keçən 25 gün ərzində Təbrizdə 1700 nəfər həbs edilib.

Onlardan bəziləri girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılsalarda, çoxunluğu barələrində dəqiq ittiham irəli sürülmədən həbsdə saxlanılır.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar