SON XƏBƏRLƏR

Güneyli müğəninin Londondakı konserti yarımçıq dayandırıldı-VİDEO

2022.10.10, 08:12
Güneyli müğəninin Londondakı konserti yarımçıq dayandırıldı-VİDEO

Gunaz.tv

Məsullar təhdid zəngləri aldıqlarını deyib və konsert zalına toplaşanların salonu tərk etmələrini istəyiblər.

London polisi məsələ ilə bağlı verdiyi açıqlamada naməlum şəxs tərəfindən konsert keçirilən zalda təxribat törədiləcəyi barədə telefon zəngi daxil olduğu üçün mədəni tədbirin yarımçıq dayandırıldığını təsdiq edib.

Bundan sonra zal ətrafına toplaşan mühacirətdə yaşayan çox sayda iranlı başda Xameneyi olmaqla İran hökuməti əleyhinə şüarlar səsləndirməyə başlayıblar.

Məsələ ilə bağlı açıqlama verən Daryuş İqbali bu hadisəni London polisinin zəifliyi kimi dəyərləndirib və konsertin ləğv edildiyinə görə polisi tənqid edib.

Bu, İranda kütləvi etiraz nümayişlərinin başlamasından sonra Daryuşun ilk konserti idi.

O, bundan öncəki çıxışlarında İranda baş qaldıran üsyanı dəstəkləyib və Tehran rejiminin devrilməsi üçün bütün xalqları və siyasi cərəyanları birliyə səsləmişdir.

Cavidan 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar