SON XƏBƏRLƏR

Güneyli vəkil Əmir Mehdipur məhkəməyə çağırıldı

2023.01.12, 10:55
Güneyli vəkil Əmir Mehdipur məhkəməyə çağırıldı

Gunaz.tv

Bunun təbrizli vəkilin 1 illik həbsi barədə qərarın icrası ilə bağlı olduğu ehtimal edilir.

Əmir Mehdipur Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 1-ci bölməsi tərəfindən 1 il həbs və 2 il müddətinə ölkədən çıxmasına qadağa ilə cəzalandırılıb.

Xatırladaq ki, Əmir Mehdipur 17 oktyabrda həbs edilərək Təbriz zindanına köçürülmüş və 27 oktyabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdır.

Əmir Mehdipurla yanaşı Sina Yusifi, Negin iyani, Qasım Bodi də həbs edilərək müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, vəkillərin həbsi tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib. 
 
Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar